XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

10 İyul 2018 - 12:13

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb –FOTO

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədi ilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq, rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə Strateq.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.