XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 July 2018 - 19:37

Bakıda 7 marşrut xəti üzrə avtobusların hərəkət sxemi dəyişdi –Səbəb

İyul ayının 10-dan 11-nə keçən gecədən etibarən Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyü yenilənməsi işləri əlaqədar ətraf yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırıldığından, 21, 44, 60, 62, 132, 104 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Strateq.az  Bakı Nəqliyyat Agentliyinə (BNA)  istinadən bildirir ki, dəyişkliyə əsasən, 21, 44, 60, 132 və 183 nömrəli marşrut xətləri üzrə avtobuslar Gəncə prospekti – Xudu Məmmədov küçələri, əks istiqamətdə isə Məhəmməd Hadi küçəsi – Xudu Məmmədov küçəsi – Gəncə prospekti ilə hərəkət edəcəklər: “62 və 104 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar Məhəmməd Hadi küç – Sarayevo küçəsi – Telnov küçəsi – Neapol dairəsi istiqamətində hərəkət edəcəklər. Sərnişinlərdən edilən müvəqqəti dəyişikliyi anlayışla qəbul etmələrini xahiş edilir”.