XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

10 İyul 2018 - 23:22

Naxçıvan Ali Məclisin sessiyası çağırıldı –Üç məsələ müzakirə olunacaq

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti sessiyası çağırılıb.

Bu barədə müvafiq qərarı iyulun 10-da Ali Məclisin sədri Vasif Talıbov imzalayıb.

Qərara görə, V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası 2018-ci il iyul ayının 14-də saat 11:00-da Naxçıvan şəhərində çağırılacaq.

Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər daxil edilib:

1.2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2.Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi

3.“Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi

Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar/Report.