XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 July 2018 - 12:55

Bakıda dəhşətli qəza –Yük maşını avtobusa çırpıldı, ölən və yaralananlar var (fotolar)

Bu gün səhər saatlarında Qaradağ rayonunda baş vermiş yol qəzası nəticəsində bir nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “BBC News Azərbaycanca”ya bildirib ki, bir nəfər qadın hadisə yerində ölüb, xəsarət alanlar isə xəstəxanaya yerləşdirilib.

Onun sözlərinə görə, xəsarət alan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına, 3 nəfər Ələtdəki xəstəxanaya yerləşdirilib, 2 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “BBC News Azərbaycanca”ya bildirib ki, hadisə Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində yük maşınının 149 saylı sərnişin avtobusu ilə toqquşması nəticəsində baş verib.“Avtobusun arxası ilə hərəkət edən yük maşınının sürücüsü sükan arxasında yuxulayıb və bundan sonra yük maşını avtobusa çırpılıb. Zərbənin nəticəsində avtobus bir neçə dəfə aşıb”, – Mais Ağayev söyləyib.

O, Dövlət Yol Polisi İdarəsinin və Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarının hadisə yerində arşadırma apardığını deyib.