XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

22 Aprel 2015 - 07:49

DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəsmi “Facebook” səhifəsi fəaliyyətə başladı

2015-ci il aprel ayının 1-dən Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəsmi “Facebook” səhifəsi fəaliyyətə başlayıb.

Nazirliyin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, “Facebook” sosial şəbəkəsində yeni səhifənin yaradılmasında əsas məqsəd BPQMİ-nin həyatında baş verən yeniliklər, baş idarənin və regional şöbələrin fəaliyyəti, iş prinsipləri barədə vətəndaşları ətraflı və dolğun şəkildə məlumatlandırmaq, onların sual, təklif və şikayətlərini operativ olaraq cavablandırmaqdır.

Fəaliyyət göstərdiyi qısa müddətdə, Baş İdarənin Facebook səhifəsi İnternet istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Artıq səhifəyə qoşulanların sayı 3000 nəfəri keçib, vətəndaşlardan 100-ə yaxın sual daxil olub və aidiyyatı əməkdaşlar tərəfindən cavablandırılıb. DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi Azərbaycan Respublikası vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin yaşayış və olduqları yer üzrə qeydiyyatını, onların müvafiq şəxsiyyət və qeydiyyat vəsiqələri, eyni zamanda, vətəndaşların ümumvətəndaş pasportları ilə təmin olunması ilə bağlı işləri həyata keçirir.

Baş İdarənin rəsmi Facebook səhifəsi bütün bu məsələlərlə bağlı sual və müraciətlər üçün açıqdır. Səhifəyə bu keçid vasitəsilə (https://www.facebook.com/bpqmi) qoşulmaq olar.