Ermәnilәrin Azәrbaycanda törәtdiyi cinayətlərdən 32-nin istintaqı yekunlaşıb.
Strateq.az APA-ya istinadən bildirir ki, bunu baş prokurorun birinci müavini Rüstәm Usubov Oleq Kuznetsovun “XX yüzillikdә transmilli ermәni terrorunun tarixi” adlı kitabının tәqdimatı zamanı deyib.
O ermәnilәrin Azәrbaycanda törәtdiyi cinayәtlәrin araşdırımasında şәxsәn iştirak etdiyini bildirib: “Hadisәlәr әsasәn avtobuslar vә metroda törәdilidi. Ermәni terrorçular Tiflis-Ağdam marşrutu ilә hәrәkәtdә olan avtobusa partlayıcı maddә qoymuşdular. Avtobus Şәmkir yaxınlığında partladıldı. Nәticәdә 20 nәfәr ölüb, 30 nәfәr xәsarәt alıb. O cinayәt işini açmaq çәtin idi. Böyük istintaq-әmәliyyat qrupu yaradılmışdı. Lakin biz bunu açmağa nail olduq. Gәncә ermәnilәri idilər. Onlar Minvodıdan gәtirlidi, terror maddәlәri ilә istintaqa cәlb olundular. Onlardan biri bu günә qәdәr də axtarışdadır. Bu kimi hadisәlәr çoxdur.
Baş prokurorun müavini bildirib ki, bu qәdәr terror aktı törәtmiş ermәnilәrin həyata keçirdiyi hadisәlәrin dünya ictimaiyyәtinә çatdırılması üçün tәqdim olunan kitabın böyük rolu var. R. Usubov kitabda da deyildiyi kimi ermәni terrorizminin yarandığı gündәn transmilli xarakter aldığını vurğulayıb.
“Beynәlxalq terrorizmdәn әn çox әziyyәt çәkәn ölkәlәrdәn biri kimi Azәrbaycan Beynәlxalq terrorizmә qarşı koalisiyaya qoşulub vә töhfәlәrini verib”-deyə R.Usubov vurğulayıb.