XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

19 Yanvar 2016 - 10:46

Quba və Siyəzəndə fövqəladə vəziyyət –Elektrik dirəkləri aşdı, işıqlar söndü

qubaYanvarın 18-i axşam saatlarından əsməyə başlayan güclü külək Quba rayonunda bir sıra fəsadlar törədib.

Rayonun elektrik təsərrüfatına daha çox ziyan dəyib. Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidovun verdiyi məlumata görə, hazırda rayonun bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişi kəsilib.

Dəyən ziyanın aradan qaldırılması və əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün Quba rayon elektrik şəbəkəsinin işçi qrupu gecə saatlarından təxirəsalınmaz tədbirlər həyata keçirib. Yüksəkgərginlikli, eləcə də 0,4 kilovoltluq xətlərdə olan problemlərin əksəriyyəti artıq aradan qaldırılıb. Yaşayış məntəqlərinə enerjinin verilişi bərpa olunub.

Güclü külək Siyəzən rayonunda da bir sıra fəsadlar törədib. Siyəzən rayon Fövqəladə Hallar Komissiyasının sədri Zəfər Əliyev Azərtac-a bildirib ki, rayon ərazisində bir neçə elektrik dirəyi aşıb. Bu səbəbdən enerjinin verilişində müvəqqəti fasilə yaranıb. Hazırda fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.