XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

14 İyul 2018 - 14:49

Nazirlik:"Güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlar ehtiyatlı olsunlar"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bazar günü çimərliyə getmək istəyənlərə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, iyul ayının 15-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək və külək arabir güclənəcək.

Abşeron çimərliklərində suyun temperaturuna gəlincə, iyulun 15-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlar ehtiyatlı olsunlar.