XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

14 İyul 2018 - 15:19

Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edib- Yeni heyvan kəsimi məntəqələrinin yaradılması üçün

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yeni heyvan kəsimi məntəqələrinin yaradılması üçün sahibkarlara müraciət edib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən “Report”a bildirilib ki, AQTA qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunması prosesində iştirakına yüksək qiymət verir.

Agentlik ölkə ərazisi üzrə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir stasionar, modul və mobil tipli heyvan kəsimi məntəqələrini yaratmaq istəyən sahibkarları əməkdaşlığa dəvət edir. Bildirilir ki, heyvan kəsimi sahəsində mövcud tələblərə uyğun fəaliyyət göstərmək istəyən hər bir sahibkarlıq subyektinə Agentlik tərəfindən lazım olan bütün köməkliklər göstəriləcək, metodiki xarakterli peşəkar yardım olunacaq.

Qida Təhlükəsizliyi Agentliyi bir daha bəyan edir ki, heyvan mənşəli qida məhsulları və onların istifadəsi qida zəncirində yüksək risk qurupuna daxildir və bu sahədə hər hansı fəaliyyət yalnız qanunvericiliyin tələbləri çərçivəsində mümkündür.