XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

14 İyul 2018 - 17:26

Deputat:"Gəncədə cinayət törədənlər cəzasız qalmayacaqlar"

Gəncədə terror aktları və iğtişaş törədənlər ədalət mühakiməsi qarşısında mütləq cavab verəcəklər. Bu cinayətkarların nə milləti, nə də dini var. Onlar Azərbaycan dövlətinə düşmən qüvvələrin əlində bir alətdirlər.

Bu sözləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Gəncədə baş verən iğtişaşa münasibət bildirərkən söyləyib.

Adil Əliyev deyib: “Neçə gün idi ki, sosial şəbəkələrdə gəncəliləri təxribata çəkmək üçün təbliğat aparılırdı. Hay-küylü təbliğat fiaskoya uğradı. Çünki gəncəlilər onlara dəstək vermədilər. Gəncəlilər həmişə dövlətin, Prezidentin yanında olublar.

Gəncə tarixi bir şəhərdir. Bu şəhər Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olub. Gəncə həmişə milli məfkurənin, milli ideologiyanın mərkəzi olub. Şeyx Nizaminin, Cavadxanın və başqa qəhrəmanların yurdu olan Gəncədə radikal qüvvələrə yer yoxdur və onların sosial baza qazanması mümkün deyil. Bunu iyulun 10-da baş verən hadisələr bir daha təsdiqlədi. Gəncəlilər radikallara “Yox!”, sabitliyə, inkişafa “Hə!” dedilər”.