XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2018 - 20:51

Mahmud Məmməd-Quliyev:"Azərbaycan öz ixrac potensialının genişlənməsində Fransa təcrübəsindən istifadə etməkdə maraqlıdır"

Azərbaycan öz ixrac potensialının genişlənməsində Fransa təcrübəsindən istifadə etməkdə maraqlıdır.

Trend-in məlumatına görə, bu barədə Azərbayca xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Fransanın milli bayramı – Bastiliyanın alınması gününə həsr olunmuş tədbirdə deyib.

Nazir müavini qeyd edib ki, Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub: “İki ölkə arasında əməkdaşlıq diplomatik münasibətlərin yarandığı gündən dinamik inkişaf edib. Düşünürəm ki, əməkdaşlığımızın daha da genişlənməsi üçün böyük potensial var”.

M.Məmməd-Quliyev bildirib ki, Azərbaycan qeyri-neft sektorunun inkişafında da Fransanın təcrübəsindən istifadə etməkdə maraqlıdır.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez öz növbəsində qeyd edib ki, 2018 il Fransa ilə Azərbaycan münasibətlərdə xüsusi bir ildir: “Bu il Fransanın xarici işlər naziri Le Drian Azərbaycan Xalq Cumhurriyətinin yaranmasının 100 illiyi ilə bağlı Azərbaycana ilk səfərini edib. Bundan sonra, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfər edib”.