Xəzər dənizində batma təhlükəsi ilə üzləşmiş 5 nəfər FHN tərəfindən xilas olunub.
Strateq.az FHN-ə istinadən bildirir ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Zağulba-3 və Qızılqum sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 5 nəfər xilas edilib.