XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 July 2018 - 13:18

Türkiyədə ordunun Baş Qərargahı Müdafiə Nazirliyinin tabeliyinə verildi –Ərdoğandan fərman

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Müdafiə Nazirliyinin tabeliyinə verilib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fərmanı “Rəsmi qəzet”də dərc olunub.

Ərdoğanın qərarı ilə Ali Hərbi Şuranın strukturu yenidən təşkil olunub. Türkiyə prezidentinin müavinləri, Ədliyyə naziri, Daxili İşlər naziri, Xəzinə və Maliyyə naziri, Təhsil naziri, Müdafiə naziri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi və qoşun komandanları Ali Hərbi Şuranın üzvü olub.

Ərdoğan zərurət olduğu halda şuranın iclaslarına qatılacaq, qatılmadığı halda isə prezidentin təyin etdiyi müavini iclaslara rəhbərlik edəcək/Axar.az.