Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Rusiyaya təşəkkür edib.
Bu barədə RİA yazıb.
“Salam rus azarkeşlər, xorvat azarkeşlərin adından Rusiyaya ürəkdən qəbula görə təşəkkür edirəm. Siz möhtəşəm ev sahiblərisiniz”, – prezident bildirib.
Xatırladaq ki, Xorvatiya millisi bu gün Bakı vaxtı ilə 19:00-da mundialın finalında Fransa millisi ilə qarşılaşacaq/Axar.az.