XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 July 2018 - 18:09

Cəlil Məmmədquluzadə küçəsində çökmüş yol bərpa olunur –VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nəsimi rayonu ərazisindən keçən Cəlil Məmmədquluzadə küçəsində yolun çökmüş hissəsinin bərpasına başlayıb.

“Report” xəbər verir ki, hazırda bərpa işləri ilə əlaqədar olaraq əraziya texnika və asfalt örtüyünün bərpası üçün zəruri olan materiallar gətirilib.

Agentliyin bundan əvvəl yaydığı məlumatda çökmənin səbəbinin ağır texnikaların apardığı qazıntı işlərindən sonra bəlli olacağı bildirilmişdi.