Ötən gün ərzində dənizdə batan 11 nəfər xilas olunub.
Strateq.az FHN-ə istinadən xəbər verir ki, iyulu 15-də nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mərdəkan, Bakı-bulvar, Türkan, Mingəçevir, Bilgəh, Corat, Zağulba-3 sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 11 nəfər xilas olunub.