XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 July 2018 - 19:33

“Şərq Tərəfdaşlığı” ölkələrinin növbəti sammitinin vaxtı bilindi –Federika Mogerinidən açıqlama

Avropa İttifaqı (Aİ) və “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələr arasında növbəti sammit oktyabrın 15-də keçiriləcək”.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Federika Mogerini deyib.

Qeyd edək ki, Aİ-nin 6 qonşusu – Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusla yaxınlaşmasına istiqamətlənmiş “Şərq Tərəfdaşlığı” proqramına 2009-cu ildə start verilib.