XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 July 2018 - 19:37

Bakı Metropoliteni:"Cəlil Məmmədquluzadə küçəsindəki çökmənin səbəbi ilə bağlı geoloji-kəşfiyyat işləri aparılır"

Bakının Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində müvəqqəti çəkilmiş yolun çökmə səbəbinin aşkar edilməsi ilə bağlı müvafiq səlahiyyətli qurumlar tərəfindən geoloji-kəşfiyyat işləri aparılır.

“Report” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

“Bununla bağlı yayılmış ilkin məlumata əsasən, yol səthindən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb. Həmin ərazidə metro stansiyasının tikintisi üçün sahə 2012-ci ildə ayrılıb. Ərazidən keçən əsas yol metro stansiyasının inşaatı üçün bağlandığından, qeyd edilən müvəqqəti yol alternativ kimi 2013-cü ildə salınıb. Hazırda məsələ ilə bağlı müvafiq səlahiyyətli qurumlar tərəfindən aparılan araşdırma işlərində “Bakı Metropoliteni”nin nümayəndələri də iştirak edir. Bununla bağlı əlavə məlumatlar ictimaiyyətin diqqətinə çatdırılacaq”, – deyə o qeyd edib.