XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

17 İyul 2018 - 10:22

Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılacaq –Sürücülərə xəbərdarlıq

Ziya Bünyadov prospektində avtomobil tunelində hərəkət məhdudlaşdırılacaq.

Strateq.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir ki, iyulun 17-dən 18-nə keçən gecə Ziya Bünyadov prospektinin Böyük Şor yolu ilə kəsişməsindən sonra ( Baku Steel Company-nin qarşısı) yerləşən avtomobil tunelində sıradan çıxmış işıqlandırma sisteminin yenilənməsi işləri aparılacaq:

“Bu məqsədlə tunelin üzü Koroğlu metrostansiyası istiqamətində olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti gecə saat 01:00-dan 04:00-a kimi məhdudlaşdırılaraq yan yollara yönəldiləcək.

Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir”.