XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2018 - 21:54

Əfqanıstanda yenə partlayış oldu –15 nəfər ölüb

Əfqanıstanın şimalındakı Sari-Pul vilayətində İŞİD terror qruplaşmasının terrorçu-kamikadzesinin özünü partlatması nəticəsində 15 nəfər ölüb.

Bu barədə Əfqanıstan Silahlı Qüvvələrinin ölkənin şimalında yerləşən 209-cu korpusunun nümayəndəsi Məhəmməd Hənif Rezaye məlumat verib.

Hərbçinin sözlərinə görə, partlayış Sayad rayonunda “Taliban” hərəkatının liderlərindən biri Şirməhəmməd Qəzənfərin dəfn mərasimi zamanı baş verib.

Rezaye 15 yaraqlının öldüyünü, 3 nəfərin isə yaralandığını bildirib. Əyalət administrasiyasından isə 15 nəfərin öldüyü və 5 nəfərin yaralandığını qeyd edilib/Report