XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

18 İyul 2018 - 12:35

Qurban Qurbanov:"Bizi çətin və maraqlı oyun gözləyir"

İlk oyunda qələbə qazanmağımıza baxmayaraq, güclü rəqibə qarşı oynayırıq. Daha çox fikirləşmək lazım olacaq. Bizi çətin və maraqlı oyun gözləyir.

Azərtac xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşacaq Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis bildirib: “Hazırda məni yalnız bu görüş maraqlandırır. Diqqətli, ciddi olmalıyıq. Rəqibin iddialı açıqlamaları sübut edir ki, Bakıya istəklə gəliblər. Bu, onların iddiasını göstərir”.

“Qarabağ”-“Olimpiya” oyunu iyulun 18-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Komandalar arasında keçirilmiş ilk oyunda “Qarabağ” səfərdə 1:0 hesabı ilə qələbə qazanıb.

“Qarabağ” mərhələ adlayacağı təqdirdə növbəti turda Albaniya çempionu “Kukesi” ilə qarşılaşacaq. “Kukesi” iki oyunun nəticəsinə görə, Maltanın “Valetta” komandasından üstün olub.