XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

13 İyul 2018 - 12:54

Azercell-dən yeni 4G MiFi kampaniyasi

Mobil internetdən istifadəni rahatlaşdırmaq və yeni nəsil mobil texnologiyalarını bütün abunəçiləri üçün əlçatımlı etmək məqsədilə Azercell Telekom yeni 4G/3G MiFi və 3G USB modem kampaniyasını təqdim edir.

Şirkətdən verilən məlumata görə, indi abunəçilər Azercell-in təqdim etdiyi yüksək sürətli mobil internetdən daha sərfəli şəkildə yararlana biləcəklər. Yeni kampaniyanın şərtlərinə əsasən 13 iyul tarixindən etibarən abunəçilər Azercell Eksklüziv Mağazaları, Azercell Müştəri Xidmətləri Ofisləri və yaxud Azercell-in rəsmi diler dükanlarına yaxınlaşıb aşağıdakı cihazlardan birini əldə edərsə, xərclədiyi məbləğ tam şəkildə onun nömrə balansına geri qaytarılacaq.

Üstəlik, Azercell-in təqdim etdiyi aylıq LİMİTSİZ, 30GB=20AZN və ya 10GB=12AZN internet paketlərindən yararlana biləcək. Tələsin! Cihazların sayi məhduddur.

Qeyd edək ki, Azercell Telekom mütəmadi olaraq mobil internet istifadəçiləri üçün endirimli kampaniyalar və sərfli xidmətlər təklif edir. Məlumat üçün bildirək ki, şirkət yalnız Azərbaycan deyil, bütün regionda ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə təqdim etməklə ölkədə mobil internetdən istifadəni daha əlverişli edib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.