XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

18 İyul 2018 - 13:30

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik- İki idarə rəisi işdən azad edilib

Kənd Təsərrüfatı Nazirliyinin iki idarə rəisi işdən azad olunub.

“APA-Economics”in məlumatına görə, Yevlax Kənd Təsərrüfatı İdarəsinin rəisi Zakir İmran oğlu Rzayev və Hacıqabul Kənd Təsərrüfatı İdarəsinin rəisi Nurbala Bəybala oğlu Mirzəyev tutduqları vəzifələrdən azad ediliblər. Hər iki şəxsin öz ərizəsi əsasında işdən azad edildiyi bildirilir.

Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. Nazir İnam Kərimovun müvafiq əmri ilə Rafail Cəbrayıl oğlu Quliyev nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinə müdir təyin olunub. Rafail Quliyev bundan əvvəl Biləsuvar Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışıb.