XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

18 İyul 2018 - 14:28

Zidan “Yuventus” klubunun idman direktoru olacaq

“Real Madrid”in sabiq baş məşqçisi Zinəddin Zidan İtaliyanın “Yuventus” klubunun idman direktoru olacaq.

Azərtac xəbər verir ki, Zidanın İtaliya klubunda fəaliyyətə oktyabrda başlayacağı gözlənilir.

“Real”ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldu da bu ay “Yuventus”a keçib.

Qeyd edək ki, Zidan “Real”ın baş məşqçisi postunu mayın 31-də öz istəyi ilə tərk edib. Madrid klubunun baş məşqçisi kimi Zidan üç dəfə Çempionlar Liqasının, iki dəfə UEFA Superkubokunun, iki dəfə klublararası dünya çempionatının, bir dəfə İspaniya çempionatının və İspaniya Superkubokunun qalibi olub.