XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

19 İyul 2018 - 12:07

“Bu il Azərbaycana gələn əcnəbilərin sayında 10 faizdən çox artım olub” –DMX rəisi

“Bu il Azərbaycana gələn əcnəbilərin sayında 10 faizdən çox artım olub”.

Bunu Dövlət Miqr­asiya Xidmətinin (DMX) rəis­i Vüsal Hüseynov bu ilin ilk yarısının yekunları­na həsr olunmuş tədbi­rdə deyib.

O bildirib ki, bu ilin 6 ayı ərzində 1 324 075 halda 827 352 əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb: “Bu rəqəm 2017-ci ilin müvafiq dövründə 1 119 770 halda 747 107 nəfər olub”.

Rəis qeyd edib ki, hesabat dövründə 347 767 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb: “Bu da ötən illə müqayisədə 10 faiz artım deməkdir”.

V.Hüseynov deyib ki, hesabat dövründə daimi yaşamaq üçün icazəsi verilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında da 25 faiz artım qeydə alınıb: “Bu rəqəm 1859 olub”. 

Report