XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

19 İyul 2018 - 20:25

“Azərbaycanla Fransa arasında hərbi-texniki sahədə əməkdaşlıq üçün yaxşı imkanlar var” –Görüş + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə “Naval” qrupunun sədri və baş direktoru Erve Giyu ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Fransa arasında hərbi sənaye sahəsində əməkdaşlıq haqqında müzakirələr aparılıb.

“Naval” qrupunun sədri və baş direktoru Erve Giyu rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verib.

Söhbət zamanı qeyd edilbi ki, Azərbaycan ilə Fransa arasında hərbi-texniki sahədə əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı imkanlar var və hazırda Fransa tərəfi ilə konkret layihələr üzərində iş gedir.