XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 July 2018 - 23:53

“Qəbələ” komandası da mübarizəni dayandırdı –Avropa Liqası

Avropa Liqasında Azərbaycanın daha bir təmsilçisi – “Qəbələ” də mərhələnin cavab oyununa çıxıb.

Strateq.az xəbər verir ki, Sənan Qurbanovun komandası Lüksemburqda “Proqres”in qonağı olub.

Qəbələdə keçirilən ilk görüşdə 0:2 hesabı ilə uduzan “qırmızı-qaralar” bu məğlubiyyətin əvəzini çıxmağa və mərhələni adlamağa çox çalışıblar.

Lakin səfərdə əldə edilmiş minimal hesablı qələbə (0:1) komandamıza məqsədinə çatmaq üçün yetərli olmayıb.

Bununla da “Keşlə”nin ardından “Qəbələ” də Avroliqada mübarizəni dayandırıb.