XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

23 İyul 2018 - 09:03

Türkiyənin xarici işlər naziri Azərbaycana səfərə gəlir –Vaxt açıqlandı

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu iyulun 24-də Azərbaycana səfər edəcək.

Trend-ə Türkiyənin xarici işlər nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Çavuşoğlu Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovla və digər rəsmilərlə görüşəcək: “Çavuşoğlunun Bakıya səfəri birgünlük olacaq”.

XİN-də həmçinin qeyd ediblər ki, səfər zamanı Türkiyə və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi və digər regional məsələlər müzakirə olunacaq: “Gözlənilir ki, Çavuşoğlu Azərbaycanın baş naziri Novruz Məmmədovla görüş keçirəcək”.