XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

23 İyul 2018 - 12:55

Nabranda oteldə 3 yaşlı uşaq yoxa çıxıb –Körpənin yaxınları onun oğurlanmasını mümkün sayır

3 yaşlı İsmayıl Novruzov Nabranda ailəsi ilə istirahət zamanı qəflətən yoxa çıxıb.

Məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb. Nazirlik bildirir ki, uşağın meşədə və suda axtarışına başlanıb, ancaq hələ ki, bir nəticə yoxdur. Hadisə həftənin bazar günü baş verib.

Strateq.az xəbər verir ki, itkin düşmüş İsmayılın əmisi Elnur Novruzov BBC News Azərbaycancaya deyib ki, “uşaq yoxa çıxmamışdan az əvvəl atası və babasının yanında olub . Otelin ərazisində axtarmadığımız yer qalmayıb, meşəni və dəniz qırağını da axtarmışıq, heç yerdə yoxdur. Otel dənizdən uzaqdır, 3 yaşlı uşaq özü o qədər yolu gedə bilməz”.

Elnur Novruzovun sözlərinə görə, indi ailəsi azyaşlının oğurlanmasını ehtimal edir və buna görə də polisə müraciət edib.

“Tapılacağı təqdirdə pul mükafatı verəcəyik və tapan adamı məxfi saxlayacağıq”, 3 yaşlı İsmayıl Novruzovun əmisi Elnur Novruzov deyib.

FHN-nin saytında yayılan məlumata görə, azyaşlının axtarışlarına Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin xilasediciləri, Sularda Xilasetmə Dövlət Xidmətinin şəxsi heyəti, həmçinin xüsusi hazırlıqlı itlər cəlb olunub.