XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

24 İyul 2018 - 13:35

 “Yunanıstandakı meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur” –XİN rəsmisi

 

“Yunanıstanda baş verən meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşları yoxdur”.

Bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Azərbaycanın Yunanıstandakı səfirliyindən verilən məlumata görə, bu ölkədə tüğyan edən meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olması qeydə alınmayıb. Yunanıstandakı səfirliyimizin davamlı əsasda bu ölkənin müvafiq qurumları ilə təmasdadır”, –  deyə XİN rəsmisi əlavə edib/Report.