XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

24 İyul 2018 - 14:59

NATO-nun ekspert qrupu ilə Müdafiə Nazirliyi arasında işçi görüşü keçirilib –FOTO

Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO-nun ekspert qrupu tərəfindən Müdafiə Nazirliyi və Alyansın mütəxəssisləri arasında işçi görüşü keçirilib.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, Silahlı Qüvvələrin Hərbi Akademiyasında iyulun 27-dək davam edəcək işçi görüşdə müasir pedaqoji texnologiyalar, taksonomiyanın əsasları və s. bu kimi məsələlər ətrafında müzakirələr aparılıb.