Ermənistanın keçmiş prezidenti, Respublikaçılar Partiyasının sədri Serj Sərkisyan Avropaya səfər edib.
“Joxovurd” xəbər verir ki, o, hazırda İtaliyadadır.
Məlumata görə, Sərkisyan İtaliyada tibbi müayindən keçəcək. Sabiq dövlət başçısının bu ölkədə 10 gün qalacağı ehtimal edilir.
Ermənistan Respublikaçılar Partiyasının sözçüsü, təşkilatın parlamentdəki fraksiyasının başçısı Vaqram Baqdasaryan S.Sərksyanın səhhətində problem olub-olmaması ilə bağlı sualı cavablandırmayıb/Report.