Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.
Bu barədə məlumatı “Rusarminfo” saytı yayıb. Səfər 27 iyulda gerçəkləşəcək.
Paşinyan Sankt-Peterburqda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək. O, Sankt-Peterburqa bir gün öncə – iyulun 26-da gedəcək.
Qeyd edək ki, bu, Paşinyanın baş nazir seçildiyi 8 may tarixindən sonra Rusiyaya 3-cü səfəri olacaq/Axar.az.