“Biz Qarabağ münaqişəsinin həll olunmasının və erməni-azərbaycanlı münasibətlərinin normallaşmasının tərəfdarıyıq”.
Strateq.az bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi onlayn mətbuat konfransında bəyan edib.
Nazir həmçinin Ermənistan Türkiyə münasibətlərinə də toxunub və iki ölkə arasında qüvvəyə minməmiş əməkdaşlıq protokollarına münasibətini açıqlayıb. S. Lavrovun sözlərinə görə, Moskva Türkiyə və Ermənistan arasında əməkdaşlığın inkişafı haqqında sənədin qüvvəyə minməsi üçün vasitəçilik edəcək.
“Rusiya bir neçə il əvvəl Ankara və İrəvanın təşəbbüsü ilə sərhədlərin açılması, qarşılıqlı tanınma və əməkdaşlıq barədə başlanmış prosesi dəstəkləyib. Təəssüf ki, bu sənədlər imzalanmadı. Bu, Türkiyənin həmin mərhələdə sənədləri paraflamaması üzündən alınmadı. Amma biz bunun baş tutması üçün fəal köməyimizi göstərəcəyik”-deyə S.Lavrov vurğualyıb.
X. SƏFƏRLİ