İyulun 25-27-də Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaranacaq.
Strateq.az xəbər verir ki, bu barədə “Azərenerji” məlumat yayıb.
Bildirilib ki, buna səbəb “Azərenerji” ASC-yə məxsus 110 kVt-luq 1-ci Xırdalan hava xəttində aparılacaq təmir işləri ilə əlaqədardır.