XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 July 2018 - 10:21

Zaqatalada 36 yaşlı kişi itkin düşüb- Axtarışlara "Mi-17" helikopteri cəlb olunub

Zaqatalada 36 yaşlı kişi itkin düşüb.

Trend-in FHN-in sytına istinadən verdiyi məlumata əsasən, iyulu 24-də saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlu 21 iyul 2018-ci il tarixində Zaqatala rayonunun Car kəndi yaxınlığındakı dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb.

Q.İbrahimovun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin “Mi-17” helikopteri cəlb olunub.

Əlavə məlumat veriləcək.​