XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

25 İyul 2018 - 13:55

ABŞ-da Azərbaycan vətəndaşlarının da daxil olduğu cinayətkar qruplaşma ifşa olunub

ABŞ hüquq-mühafizə orqanları avtomobil satışı sahəsində fırıldaqçılıqla məşğul olan və Azərbaycan vətəndaşlarının da daxil olduğu mütəşəkkil cinayətkar qruplaşmanı ifşa edib.

“Report “RİA Novosti”yə istinadən xəbər verir ki, mütəşəkkil cinayətkar qruplaşma 25 nəfərdən – 2 Ukrayna, 2 Latviya, 4 Azərbaycan, 7 Rusiya, 5 Gürcüstan, 3 Qazaxıstan, 1 ABŞ və 1 Türkiyə vətəndaşından ibarət olub.

İyulun 24-də Miçiqan və Floridada qruplaşmanın bir neçə üzvü tutulub, Nyu-Yorkda isə 11 nəfər saxlanılıb.

İttiham aktına əsasən, cinayətkarlar avtomobil almaq adı ilə vətəndaşlardan pul alıblar. Amma onlar vədlərinə əməl etməyiblər və gizləniblər. Həmin şəxslərə pul verən vətəndaşlar aldadıldıqlarını gördükdən sonra araşdırmalara başlayıblar və saxta şirkətlərə gedib çıxıblar. İlkin olaraq, qruplaşma üzvlərinin saxta şirkətlər açdığı və bu yolla ABŞ vətəndaşlarından hesaba təxminən 4,5 milyon dolları köçürülməsinə nail olduqları ehtimal edilir.

Mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri fırıldaqçılıq məqsədilə əlbir olmaqda ittiham edilir. ABŞ qanunvericiliyinə əsasən, fırıldaqçılıqda təqsirləndirilən şəxsləri 30 ilə qədər həbs cəzası gözləyir. Bununla yanaşı, cinayətkarlar çirkli pulların yuyulmasında da ittiham olunurlar və bu maddə ilə onları daha 20 il azadlıqdan məhrumetmə cəzası gözləyir.