XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

25 İyul 2018 - 16:51

Fazil Məmmədov xəstəxanadan çıxdı –Keçmiş nazir Azərbaycana dönməyib

Sabiq vergilər naziri Fazil Məmmədov müalicə aldığı Türkiyədəki “American Hastahanesi”ndən evə buraxılıb.

Strateq.az Modern.az-a istinadən xəbər verir ki, müalicəsi uğurla başa çatdırılan sabiq nazirin səhhəti tam normallaşıb. Amma F.Məmmədov hələlik Azərbaycana dönməyib. Onun hazırda İstanbulda olduğu və istirahət etdiyi bildirilir.

Bundan əvvəl müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlandığı deyilirdi.

Xatırladaq ki, Fazil Məmmədov vergilər naziri vəzifəsindən 2017-ci ilin dekabrında azad edilib. Onun yerinə Mikayıl Cabbarov təyin olunub.