XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

26 İyul 2018 - 10:23

Səhiyyə naziri Oqtay Şirəliyevdən əmr:"Yanğın təhlükəsizlik qaydalarına əməl edilməlidir"

Səhiyyə naziri Oqtay Şirəliyev tibb müəssisələrinin 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq tədbirləri barədə əmr imzalayıb.

Əmrə əsasən, sentyabrın 15-dək payız-qış mövsümü ilə əlaqədar təsərrüfat sahəsində görüləcək işlər müəyyənləşdirilməli, aşkar edilən nöqsanların aradan qaldırılması üçün tədbirlər planı hazırlanaraq cavabdeh şəxslər təyin edilməlidir.

Əmrdə tapşırılır ki, şöbələrdə, kabinetlərdə, təyinatından asılı olmayaraq bütün iş sahələrində yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl edilməli, qeyri-standart və istifadəyə yararsız olan odun və qaz sobalarının, elektrik qızdırıcılarından istifadə qadağan edilməli, tüstü borusunun və bacasının qurumdan təmizlənməsi təmin edilməli, qazanxanada nəzarət-ölçü cihazları yoxlanılmalıdır.

Əmrin icrasına nəzarət Səhiyyə obyektləri şöbəsinin inkişafının planlaşdırma şöbəsinin müdiri Əli Abbasova həvalə edilib.