Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı xəbərdarlıq edilib.
Strateq.az ETSN-ə istinadən bildirir ki, iyulun 26-da Bakıda və Abşeron yarımadasında səhər saatlarında mülayim şimal-qərb küləyinin üstünlüyü ilə əlaqədar tozun səpələnməsi prosesi baş verib:
“Nəticədə atmosfer havasında tozun miqdarının bir qədər azaldığı qeydə alınıb. Günün ikinci yarısından axşama doğru şərq və cənub-şərq küləyinin üstünlüyü ilə əlaqədar tozun miqdarının artacağı gözlənilir”.
Xatırladaq ki, atmosferdə müşahidə olunan toza səbəb Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır və belə şərait iyulun 27-dək davam edəcəyi proqnozlaşdırılır.