“Beynəlxalq Ordu Oyunları – 2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsinin püşkatma mərasimi keçirilib.
Strateq.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, Azərbaycan artilleriyaçılarının da qatıldığı müsabiqədə 11 ölkədən komanda iştirak edir: “İştirakçılar döyüş texnikasını qəbul etdikdən sonra silahlardan sınaq atışları icra edəcəklər”.