XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

22 Aprel 2015 - 13:06

Ermənistanın eks xarici işlər naziri: “Putin erməni xalqını Rusiya-Türkiyə qurbangahına qoya bilər” – AÇIQLAMA

“Rusiya balta siyasəti aparır və öz maraqlarından çıxış edib bütün erməni xalqını Rusiya-Türkiyə qurbangahına qoya bilər. Buna heç kimin şübhəsi yoxdur”.

Strateq.az bildirir ki, bu sözləri Ermənistanın keçmiş xarici işlər naziri, parlamentin deputatı, Erməni ümummilli Hərəkatı İdarə Heyətinin üzvü, Aleksandr Arzumanyan “Jamanak” qəzetinə müsahibəsində Rusiya prezidentinin qondarma “erməni soyqırımı” tədbirlərində iştirak etmək üçün İrəvana səfərini şərh edərkən bildirib.

Arzumanyanın sözlərinə görə, Rusiya prezidentinin aprelin 24-də İrəvana gəlişi, bundan sonra isə çanaqqala tədbirlərinə qatılmaq üçün Türkiyəyə getmək planı ikiüzlülüyün son həddidir:

“Rusiya prezidenti 15 il hakimiyyətdfə olmasına baxmayaraq, bir dəfə də olsun, “erməni soyqırımı” ifadəsini işlətməyib. Son mətbuat konfransında isə dedi ki, Türkiyə ilə Avropa Birliyinin bu problemin həllində ümumi qərar tapacağına ümid edir”.