XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

27 İyul 2018 - 23:03

Prezident İlham Əliyev Rusiyaya rəsmi səfərə gedəcək –Tarix məlum oldu

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 1-də Rusiyaya rəsmi səfər edəcək.

Bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti bildirib.

Bundan öncə Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın sədri, Rusiya iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb. Danışıqlar zamanı Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 1-də Moskvaya səfəri ilə əlaqədar tədbirlər müzakirə olunub. Əsasən tərəflər səfər zamanı imzalanması planlaşdırılan sənədlər paketini müzakirə edib.

Həmçinin görüş iştirakçıları sentyabrda Gəncədə keçiriləcək 9-cu Rusiya-Azərbaycan regionlararası forumu ilə bağlı məsələləri müzakirə edib.Hazırda tədbirin proqramı hazırlanır və onun keçirilmə vaxtı müəyyən edilir. (Amerikanın Səsi)