XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

28 İyul 2018 - 14:11

II və III qruplara keçirilən qəbul imtahanlarının nəticələri bu gün elan olunacaq- DİM

II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələrinin bu gün elan olunması nəzərdə tutulur.

Bu barədə “Report”a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Nəticələr elan olunmamışdan öncə DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək.

Canlı yayımda Apelyasiya Komissiyasına, eləcə də DİM-in “Facebook” səhifəsinə və elektron poçtuna imtahanda istifadə olunmuş suallarla bağlı ünvanlanan müraciətlərə cavab veriləcək, abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları, onları maraqlandıran digər suallar izah ediləcək.

Canlı yayım zamanı əlavə sualları müvafiq postun altına yaza və ya təqdim olunacaq “whatsapp” nömrəyə səsli, yazılı mesaj kimi göndərmək mümkündür. “Whatsapp” nömrə canlı yayım zamanı elan olunacaq.