XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2018 - 15:51

Zülfüqarlı qardaşlarının zavodunda çən partladı –Prokurorluq açıqlama yadı, olay zamanı bir nəfər həlak olub

Azərbaycan Respublikasının Baş Prokurorluğu polad istehsalı üzrə sexdə fəhlənin ölümü ilə bağlı məlumat yayımlayıb.

Xatırladaq ki,  Zülfüqarlı qardaşlarına məxsus sexdə kəsim prosesi zamanı içərisində yanacaq olan dəmir çən partlayıb. Nəticədə, sexdə çalışan fəhlə – Masallı rayon sakini Ağamalı Qurbanov həlak olub.

 

Baş Prokurorluğun məlumatında deyilir: “İyulun 25-də günorta saat 4-də “Sen İnşaat” MMC-də Ağamalı Qurbanov (1964-cü il təvəllüdlü) üzərinə yanacaq töküldüyü üçün yanıq xəsarətləri alıb. Bu vaxt o, qaz kəsicisi ilə köhnə yük maşınının benzin çənini kəsirmiş. Xəsarət alan şəxs 5 saylı şəhər klinikasına çatdırılıb və iyulun 26-da orada dünyasını dəyişib”.

Fakt üzrə Abşeron Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi (təhlükəsizlik qaydalarının pozulması nəticəsində insan ölümü) üzrə cinayət işinə başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər edilib.

Hazırda təqsirkarların müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi üzrə tədbirlər həyata keçirilir.

(Virtualaz.org)