Futbol üzrə İtaliya çempionu “Yuventus” klubu İspaniyanın “Barselona” klubunun gənclərdən ibarət komandasının 16 yaşlı hücumçusu Pablo Morenonu heyətinə cəlb edib.
Azərtac “Yuventus” klubunun rəsmi saytına istinadla xəbər verir ki, P.Moreno İspaniyanın “Barça La Masia” akademiyasında yetişib. O, indiyədək “Barselona”nın gənclərdən ibarət komandasında 200-dən çox qol vurub. Oyunçunun transfer qiymətinin 800 min avro olduğu bildirilir.
İspaniyalı gənc futbolçu beş il əvvəl “Qranada” komandasından “Barselona”nın akademiyasına qatılıb.
Qeyd edək ki, “Yuventus” komandası bir müddət əvvəl “Real Madrid”in portuqaliyalı ulduzu Kristiano Ronaldonu, “Liverpul”un və Almaniya yığma komandasının türk əsilli futbolçusu Əmrə Canı və digər futbolçuları transfer edib.