XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2018 - 22:17

“Tank biatlonu” müsabiqəsi:Azərbaycan tankçıları öz qruplarında birinci olublar

İyulun 28-də “Beynəlxalq Ordu Oyunları – 2018” yarışları çərçivəsində “Tank biatlonu” müsabiqəsinə start verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yarışların ilk günündə Azərbaycan tankçıları qruplarında yer aldıqları Zimbabve, Hindistan və Cənubi Afrika Respublikasından olan tank heyətləri ilə güclərini sınayıblar.

Tankçılarımız müsabiqənin şərtlərinə əsasən şərti hədəfləri sərrast atəşlə məhv edərək, marşrut üzrə müəyyən olunan məsafəni qısa müddətdə qət ediblər.

Beləliklə, yarışların ilk günü tank heyətlərimiz rəqiblərini xal hesabında xeyli geridə qoyaraq qrupda birinci olublar.

Bu il 23 ölkənin tank heyətləri “Tank biatlonu” müsabiqəsində iştirak edir.