XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

30 İyul 2018 - 12:32

Siyəzəndə başlayan yanğın Şabran və Quba rayonlarına keçib- Heyvanlar və quşlar tələf olub

Siyəzən rayonunda başlayan yanğın Şabran və Quba rayonlarının ərazisinə keçib.

“Report”un Şimal bürosunun məlumatına görə, Şabran rayonunun Dağ Bilici kəndi istiqamətindən Quba rayonunun Çiçi kəndi istiqamətindəki dağ-meşə massivində yanğın başlayıb.

Təxminən, 1000 hektara yaxın ərazini əhatə edən yanğın zamanı meşədə heyvanlar və quşlar tələf olub, təbiətə ziyan dəyib.

Hazırda yanğınsöndürənlər və kənd sakinləri tərəfindən ərazidə yanğının söndürülməsi istiqamətində işlər görülür. a