XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

30 İyul 2018 - 18:51

Qubada dağlıq ərazidə yanğın başladı –FHN-nin iki helikopteri əraziyə cəlb edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonunun Çayqışlaq yaxınlığında dağlıq ərazidə yanğının baş verməsi barədə məlumat daxil olub.

Strateq.az FHN-ə istinadən xəbər verir ki, mürəkkəb reylefli yüksək dağ massivində aparılan yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Mülki Müdafiə Qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, rayon icra hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.

İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır. Əlavə məlumat veriləcək.