XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 July 2018 - 00:02

Kanadaya məxsus təyyarə ABŞ-da qəzaya uğradı –3 nəfər həlak oldu

Kanadaya məxsus kiçik təyyarə ABŞ-da qəzaya uğrayıb.

Bu barədə “CBC” Birləşmiş Ştatların Mülki Aviasiyasının Federal İdarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 11:00-da qeydə alınıb. ABŞ-ın Kanada ilə sərhədindəki Men ştatında baş verən qəza zamanı 3 nəfər həlak olub.

Təyyarə Kanadanın Pembrok şəhəri istiqamətində uçurmuş.

Faktla bağlı təhqiqat başlayıb. Hadisənin səbəbi araşdırılır/Report.